"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

V.Bayramov: “Prosesin mərhələli və mövcud infrastruktur imkanları daxilində həyata keçirilməsini daha məqsədəuyğun hesab edirik”

--2017-05-27 / 11:41

“2017-ci il 1 aprel tarixindən banklarda əlavə Dəyər Vergisi (əDV) məqsədləri ucun qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dovrun istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi odəyicilər 30 min, digər vergi odəyiciləri 15 min manatdan artıq vəsaiti nağdlaşdırmasına tətbiq edilən limitlər sahibkarlar ilə yanaşı bələdiyyələrin də fəaliyyətinə təsir göstərməkdədir”- bu fikirləri iqsisadçı ekspert Vüqar Bayramov bildirib.

iqtisadi və Sosial inkişaf Mərkəzinin  sədri V.Bayarmov Belediyye.infonun sorğusuna cavab olaraq bildirib ki, bununla yanaşı, bu prosesin mərhələli və mövcud infrastruktur imkanları daxilində həyata keçirilməsini daha məqsədəuyğun hesab edirik.

Bununla bağlı ekspert maraqlı təkiflə çxış edib:

- Nağdlaşdırmalar ilə bağlı limitlərin bələdiyyə və eləcə də ictimai təşkilatlara təsirlərini minimumlaşdırmaq üçün daha yaxşı olardı ki, bələdiyyələr ilə bağlı limitlər ayrıca təsnifləşdirilsin.

islahatların birinci mərhələsində differensial limitlərin tətbiqi daha məqsədə uyğun olardı. Eyni zamanda limitlər vəsaitin mənbəsinin mülkiyyət növü üzrə fərqləndirilməsi məqsədəuyğun olardı. Bu kontekstdən bələdiyyələrə xüsusi güzəştlərin və ya daha yüksək limitlərin verilməsi məqsədə uyğun olardə.

Nəzərə alsaq ki, bu qadağaların əsasən şəffaflığın gücləndirilməsi məqsədi daşıyır o zaman büdcə vəsaitlərinə limit, mülkiyyət növləri üzrə pullarına tətbiq edilən qadağalardan fərqli olması məqsədə uyğun olardı. Nağdılaşma ilə bağlı qadağaların vəsaitlərin məqsədi üzrə də fərqləndirilməsi məqsədəuyğun olardı. Məsələn, subsidiya alan qurumlar həmin vəsaiti yalnız limitlər daxilində nağdlaşdıra bilir.

əvəzsiz ödənişlərə güzəşt tətbiq edilməsi məqsədə uyğun olardı. Limitlərin tətbiqindən sonra bələdiyyələr üçün əlavə xərclərinin yarandığını nəzərə alaraq vergi dərəcələrinə yenidən baxılması daha məqsədə uyğun olardı. Xüsusən də, bu ilin yanvarın 1-dən tətbiq edilən 1 faizlik nağdlaşdırma vergisinin tətbiqi daha uyğun hesab edilir.

Həmçinin vergi hesabatlılığında ikili bəyannamənin( nağd dövriyyənin bəyannaməsi və nağdsız dövriyyənin bəyannaməsi) tətbiq edilməsi və nağdsız dövriyyəyə tətbiq edilən vergi yükünə 2 il müddətində müvafiq güzəştin tətbiq edilməsi yaxşı olardı.

Belediyye.info

 

ŞƏRHLƏR